Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində Bakı Mətbuat Klubunun Universal Jurnalistika Məktəbinin təşkil etdiyi “Rəqəmsal erada media və münaqişələr” layihəsi çərviçəsində növbəti təlim keçirilib.
Ednews-un verdiyi xəbərə görə, bu dəfəki təlimdə BAMF prezidenti Umud Mirzəyev gənc jurnalistlərə, tələbələrə öz tövsiyələrini, təcrübələrini bölüşüb.
Təlimdə Umud Mirzəyev jurnalistikada təhükəsizlik, obyektivlik, müasir nəzəri biliklərin praktikada tətbiq edilməsi, müharibədə jurnalistin “Qızıl qayda” təlimi və digər mövzularla bağlı fikirlərini bildirdi.
Qeyd edək ki, "Rəqəmsal erada media və münaqişələr" kursunun proqramı dünyanın qabaqcıl jurnalistika məktəblərinin tövsiyyələri əsasında hazırlanıb.
Oğuz