Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gənclərin avtomobildə təhlükə saçan davranışları ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Ednews xəbər verir ki, İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib k, həmin videogörüntülərlə bağlı araşdırmalar aparılır:
“Təəssüf ki, edilən xəbərdarlıqlara baxmayaraq, yenə də belə halda nəqliyyat vasitəsini idarə edənlərə rast gəlinir. Nəticədə ağır faciələr yaşanır”.
E.Hacıyev sürücülərə müraciət edib:
“Qaydalara ciddi riayət etsinlər, özləri ilə yanaşı, digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmasınlar”.