Tərtər rayonu Borsunlu kəndi ərazisində mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüfatına aid heyvanlarını axtararkən baş verib.
Ednews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan “Report”un sorğusuna cavab olaraq bildirilib.
***
Noyabrın 3-ü saat 1 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ednews xəbər verir ki, bu barədə Tərtər Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağırdır, müalicəsi xəstəxanada davam etdirilir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.