Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilir.
Ednews xəbər verir ki, ictimai dinləmə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə baş tutur.
İclasda Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər şəxslər iştirak edir.