Xaçmaz rayonunun Bostançı kəndində 19-20 senryabr hadisələrində şəhid olmuş komando çavuşu Əlibəy Əlibəyovun 40 mərasimi keçirilib.
Ednews xəbər verir ki, ailə üzvləri, doğmaları, şəhid ailələri, keçmiş döyüşçülər, yerli qurumların nümayəndələri şəhid Əlibəyin məzarı məzarını ziyarət edib, ruhunu ehtiramla yad ediblər.
Çıxışlarda 40 yaşlı şəhid Əlibəy Əlibəyovun son hadisələrdə göstərdiyi igidliklərdən ətraflı danışılıb.
Bildirilib ki, Vətən Müharibəsində də düşmənə qarşı inadla vuruşan Əlibəy son anti-terror hadisələrində də irəlidə olub və şəhid olsa belə düşmənin təxribatının qarşısını canı bahasına alıb.
Qeyd edək ki, Əlibəy Əlibəyov evli idi, ondan bizə 3 övladı yadigar qalıb.
Ruhu şad olsun.