Çin şirkətləri Qarabağa dəvət olundu

Cəmiyyət 22:44 06.11.2023

Çinin Şanxay şəhərində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclası keçirilib.

Ednews xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev, Çin tərəfinə isə ticarət nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Lin Ci rəhbərlik edib.

Baş nazirin müavini Şahin Mustafayev qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin illərin sınağından keçdiyini və möhkəm təməl üzərində qurulduğunu, dövlət başçıları İlham Əliyev və Si Szinpinin səyləri nəticəsində hazırda münasibətlərimizin dinamik və hərtərəfli inkişaf dövrünü yaşadığını deyib. O, iki ölkə arasında münasibətlərin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təntənəli tədbirin yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə Çin Hökumətinə minnətdarlıq edib.

Ş.Mustafayev iki ölkənin ticari-iqtisadi istiqamət də daxil olmaqla müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini, qarşıda iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni məzmun ilə zənginləşdirilməsi vəzifəsi durduğunu bildirib. O, ötən il Azərbaycan-Çin ticarət əlaqələrinin həcminin əvvəlki illə müqayisədə 21 faiz çoxaldığını, qarşılıqlı ticarətin cari ilin 9 ayı ərzində təxminən 50 faiz artmasının müsbət dinamikanın göstəricisi olduğunu deyib.

Ş.Mustafayev Çin şirkətlərinin Azərbaycanda sənaye, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, inşaat, nəqliyyat və digər sahələrdə uğurla fəaliyyət göstərdiyini vurğulayıb, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində Çin şirkətlərini fəal iştiraka dəvət edib. O, Azərbaycandakı sənaye parklarına və iqtisadi zonalara investisiya qoyuluşu üzrə qarşılıqlı fəaliyyət üçün yaxşı perspektivlərin olduğunu bildirib.

Baş nazirin müavini nəqliyyat-tranzit sahəsi üzrə əməkdaşlığın iki ölkə arasında münasibətlərdə prioritet olduğunu diqqətə çatdırıb, Orta Dəhlizin ən vacib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini vurğulayıb.

Çinin ticarət nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Lin Ci Çin-Azərbaycan münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini bildirib, əməkdaşlığımızın inkişafında dövlət başçısının səylərini vurğulayıb. Bu xüsusda Çin Xalq Respublikasının sədri Si Szinpin ilə Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki Zirvə toplantısı çərçivəsində görüşünün əhəmiyyəti qeyd edilib.

Nazir müavini ölkəsinin Azərbaycandan idxalın çoxalmasında maraqlı olduğunu bildirib, birgə investisiya layihələri üzrə potensial əməkdaşlıqdan söz açıb, “yaşıl enerji”, rəqəmsal texnologiyalar sahəsində iki ölkənin əməkdaşlığını genişləndirmək üçün potensialın olduğunu deyib.

Lin Ci ölkəsinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun fəaliyyətində iştirakını fəallaşdıracağını, bu dəhlizin yüksək rəqabətqabiliyyətli olması üçün birlikdə səy göstərilməsinin əhəmiyyətini vurğulayıb. O, investisiya layihələrinin işlənməsi üçün birgə qrup yaratmağı təklif edib.

İclasda hər iki tərəfdən dövlət qurumlarının rəsmiləri təmsil etdikləri sahələr üzrə Azərbaycan-Çin əməkdaşlığının hazırkı vəziyyətinə, inkişaf perspektivlərinə dair fikirlərini səsləndiriblər, əməkdaşlığın daha da dərinləşməsinə dair təkliflər irəli sürüblər

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı