"Xudafərin körpüsünün 75%-dən çoxu İrana məxsusdur və İran memarlığı əsasında tikilib".
Ednews xəbər verir ki, bu barədə İrandan idarə olunan “Azərbaycanda İslam İnqilabı” adlı anti-Azərbaycan mövqeli “Telegram” kanalı paylaşıb.
Yazıda qeyd olunur:
“Xudafərin körpüləri, Xudafərin bəndinin yaxınlığında Araz çayı üzərindən qısa bir məsafədə inşa edilib. Uzunluğu 160 metr olan birinci körpü (indi 120 metrdir - 11 tağı İrana, 40 metr uzunluğunda olan 3 tağı Azərbaycana məxsusdur) memarlıq xüsusiyyətlərinə görə Sasanilər dövrünə aid edilir və Səlcuqlar dövründə (hicri təqvimi ilə 6-cı əsr) yenidən tikildiyi bildirilir. Sasanilər dövrünə aid olan Qeysər-e Şüştər körpüsünə (Xuzistan əyalətində) çox bənzəyir... Xudafərin bəndinin ətrafında bərpa, yenidənqurma və köçürülmə xərcləri İranın Energetika Nazirliyi öz üzərinə götürsə də, təəssüf ki, nəzərdə tutulan bu tədbirlər hələ də tamamlanmayıb”.
Məlumatsız farslar isə bilmirlər ki, Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub.
Əkbər