Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, qəza General Əliağa Şıxlinski küçəsində qeydə alınıb.
Belə ki, 77-GV-212 dövlət qeydiyyat nömrə nişanlı “Hyundai” markalı avtomobillə motosiklet toqquşub.
Ağır qəza nəticəsində motosikletdə olan iki nəfərin ciddi xəsarət aldığı bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları çağırılıblar.