Krasnoturinsk şəhərinin hərbi komissarı Sergey Çekasin Sverdlovsk vilayətində ölü tapılıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, 59 yaşlı kişinin meyiti evində tapılıb. Onun intihar etdiyi məlum olub.
Hərbi komissarı bu addımı atmağa vadar edən səbəblər göstərilmir. Bununla belə, Çekaşinin uzun müddətdir xəstə olduğu vurğulanır.