Bu gün səhər saat 09-00 da Tərtər rayonunun Suqovuşan ərazisində BAMF-ın İcma Mina Aksiyası Komandasının əməkdaşı, Şərifli İlqarı ilan sancıb.
Ednews xəbər verir ki, mina təmizləmə əməliyyatı həyata keçirərkən sağ əlinin şəhadət barmagını ilan sancan BAMF əməkdaşına dərhal ilkin tibbi yardım göstərilib.
Daha sonra o, Tərtər rayon Mərkəzi xəstəxanasına təxliyə olunub. Hazırda onun vəziyyəti normaldır və həyatı təhlükəsi yoxdur.