30 illik dövrdə işğal altında olan kitabxanalarımız, kitab fondumuz ermənilər tərəfindən ciddi zədələrə məruz qalıb.
Ednews xəbər verir ki, bunu 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışında mədəniyyət naziri Adil Kərimli deyib.
Nazirin sözlərinə görə ümumilikdə 927 kitabxana, 5000-ə yaxın kitab fondumuz işğal altında olan zaman Qarabağda tamamilə məhv edilib:
“Qarabağa kitab mədəniyyətinin qaytarılmasında hər bir vətəndaşın dəstəyinə ehtiyac var. Kitab sənayesinin dəstəklənməsi üçün Azərbaycan dövləti çoxşaxəli fəaliyyət həyata keçirməkdədir. Bu istiqamətdə naşirlərlə görüşlərin keçirilməsi, kağızın idxalının, istehsalının ƏDV-dən azad olunması buna bir nümunədir", - nazir əlavə edib.
Adil Kərimli Azərbaycanın bu cür beynəlxalq sərgilərin təşkilatçısı kimi nümunəvi dövlətlərdən biri olduğunu da vurğulayıb:
"Bütün bunlar gənc nəslin formalaşmasında, kitaba sevgisinin yaranmasında ciddi təkanverici vasitələrdir".