Bu gün yerli vaxtla saat 22:46-da İsmayıllı stansiyasından 4 km şimalda, İsmayıllı rayonunda maqnitudası 2.9, zəlzələ ocağının dərinliyi 7 km olan zəlzələ qeydə alınıb.
Bu barədə Ednews-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.