Bu il noyabr ayının 1-nə Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı 1 milyon 790,8 minə çatıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yayıb.
Mənbə qeyd edir ki, 4 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 388,9 min vahid artıb.
Həmçinin qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 349 175 vahid artaraq 889 mindən çox olub.