Kimlərə yaxşılıq etmisiniz? – İctimaiyyət arasında SORĞU

Cəmiyyət 17:00 13.11.2023

Bu gün “Ümumdünya Yaxşılıq etmə Günü”dür. Yaxşılıq etmək, xeyirxah uşlər görmək insan ömürünü uzadan və onu xoşbəxt hiss etdirən əməllərdəndir. Atalar yaxşı deyib, savab gör, hər zaman yaxşılıq eylə.

Ednews bu özəl günlə bağlı ictimaiyyət arasında sorğu keçirib. Bu günə kimi hansı yaxşılıqları etmisiniz? Cavabları təqdim edirik:

Deputat Razi Nurullayev: 

“Hər gün yaxşılıq edirəm. Birincisi, deputat mandatımdan, səlahiyyətimdən istifadə edərək vətəndaşların problemlərini demək olar ki, hər gün bir neçə nəfərin problemini həll edirəm. Bu ya əlilliklə bağlı olur, ya da sosial yardımla bağlı. Yaxud da xəstəxanaya gətirilən bir şəxsə kömək etmək olur. Elə olub ki, insanların evlərinin tikintisində də yardım etmişəm. Təbii ki, bunu mən başqa insanlara elətdirmişəm, öz maddi imkanım yoxdu ki, kiməsə belə kömək edəm. Ən azından bu günə qədər 17-18 insanın evlərinin tikilməsi üçün vəsilə olmuşam”. 

Politoloq Tural Əliyev:

“Yaxşılıq et, at dənizə. Balıq bilməsə, Xaliq bilər" nə gözəl sözdür, deyilmi?! Dünya yaranandan həyatın fəlsəfəsi xeyir və şər arasında mübarizəyə söykənir, xeyirin "məhsulu" yaxşılıqdır, şərin isə pislikdir, İnsanın daxilində ikisi də var, sadəcə kim hara meyil göstərirsə, o tərəf daha çox inkişaf edir. Yəni ikisi də insanın öz əlindədir, hər birinin də cavabı tez və ya gec qayıdır. Mənim etdiklərim mənə qalsın, sonda Cabir Novruzun misraları ilə bitirmək istərdim:

Tələsin yaxşılıq daşımağa siz,

Onun yollarını tutub kəsməyin

Tələsin ömür edib, yaşamağa siz

Ölməyə, ölməyə çox tələsməyin..."

Bəstəkar Elza Seyidcahan:

“Bu günə kimi hansı yaxşılıqları etməmişəm? Əslində, mən vasitəçiyəm. Bütün yaxşılıqları Allah edir. Nə xoş ki, məni vasitəçi seçib. Hərdən, anam deyir ki, hamının qayğısına qalan, işlərini görən “yazıq Elzadır”. Mənsə cavabımda: xoşbəxtəm ki, yaxşılıq edirəm. Yazıq o adamlardır ki, varlıdırlar, amma yaxşılıq etmirlər, edə bilmirlər”.

İlahiyyatçı Tural İrfan:

“Əslində insan etdiyi yaxşılığl reklam etməməlidir. Maddi imkanım normal olmasa da imkan olduğu qədər ehtiyacı olanlara dəstək oluruq. Əsasən çox adama mənəvi dəstək olmuşam. Dinimizə görə bəzən bir insana xoş söz demək də sədəqədir, yaxşılıqdır. Mənə pislik edənlər də çox olub. Ancaq mən o adamlara da yaxşılıq etmişəm. Yaxşılıq etmək qandan gəlməlidir. Kimin qanı, geni təmizdirsə o yaxşılıq edəcək.

Yaxşılığın günü, saatı olmaz. İstənilən zaman insan yaxşılıq etməlidir. Elə olub məndən yolpulu istəyən adama axırıncı manatımı verib özüm piyada gəlmişəm evə. İnsanlara doğru yol göstərməyin özü də yaxşılıqdır. Yaxşılıq ancaq pulla, maddiyyatla olmur. Bir adamın çətinliyini aradan qaldırmaq, ona istiqamət vermək, onu çıxılmaz vəziyyətdən xilas etmək də yaxşılıqdır. Yaxşılığı təmənnasız etmişəm hər zaman. Təmənnalı yaxşılıq yaxşılıq deyil, alverdir”.

Oğuz 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı