QHT BMT-nin insan hüquqları üzrə müqavilə orqanlarına 3 alternativ hesabat təqdim edib - FOTOLAR

Cəmiyyət 11:05 15.11.2023

Noyabrın 15-də Sosial Tədqiqatlar Mərkəzində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə icra etdiyi “Qərbi Azərbaycanda dağıdılmış mədəni, tarixi və dini abidələrimiz: BMT-nin rəsmi veb-səhifəsi üçün hesabat” adlı layihənin yekunları ilə bağlı tədbir keçirilib.

Ednews xəbər verir ki, tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu informasiya müharibəsindən, Ermənistanın Azərbaycan xalqının mədəni, tarixi və dini irsinə hər zaman təcavüz etməsindən danışıb. O deyib: “Bu istiqamətdə ermənilərin cinayətkar əməllərinin ifşa olunması üçün biz kifayət qədər ciddi fəaliyyət göstərə bilməmişik. Bu baxımdan həyata keçirilən layihələr çox vacibdir. Belə layihələr Azərbaycanın haqlı mövqelərini bir neçə istiqamətdə müdafiə edir, təhlükəsizlik baxımından da əhəmiyyətlidir”.

Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva vurğulayıb ki, artıq regionda yeni geosiyasi reallıqlar var və bu reallıqlarla dünya ictimaiyyəti hesablaşır. “Bu reallıqlar bizə informasiya müharibəsində yeni və daha güclü alətlər barədə düşünməyə imkan yaradır. Azərbaycan öz tarixini yaratsa da, uzun illər obyektiv və subyektiv səbəblərdən bu tarixi özü yaza bilməyib. Milli və tarixi faktlar bilərəkdən təhrif edilib. Artıq iqtisadi cəhətdən güclü Azərbaycan formalaşır. Bundan sonrakı informasiya müharibəsində də real informasiyanı ötürmək üçün bizim geniş imkanlarımız var”.

Aygün Əliyeva qeyd edib ki, Agentliyə Qərbi Azərbaycanla bağlı 150-ə yaxın layihə daxil olub: “Biz onların az bir hissəsini maliyyələşdirdik. Seçim edərkən həm müstəqil ekspertlər, həm də Müşahidə Şurası üçün çox çətin idi, çünki ən uğurlu layihələri maliyyələşdirməli idik. İstər bu layihələr çərçivəsində hazırlanan sənədli filmlər, istər kitablar, Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfranslar nəticəli işlərin ortaya çıxmasından xəbər verir. 2024-cü il qrant müsabiqəsində də Qərbi Azərbaycan mövzusu aktual olacaq. Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı QHT-lərdən milli və beynəlxalq əhəmiyyətli ideyalar olarsa, Agentlik olaraq hər zaman dəstək göstərməyə hazırıq”.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov çıxışında qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə müqavilə orqanlarına 3 alternativ hesabat təqdim edilib: “Qərbi Azərbaycanda ermənilər tərəfindən məhv edilmiş, dəyişdirilmiş, o cümlədən erməniləşdirilmiş mədəni irsə, dağıdılmış qəbiristanlıqlara dair qısa mətnlərdən ibarət Azərbaycan və ingilis dillərində elektron kataloq hazırlanıb.

“X” sosial şəbəkəsində Qərbi Azərbaycanda dağıdılan mədəni irslə bağlı şəkilli, müvafiq həştəqlərdən istifadə olunmaqla paylaşımlar edilib”.

Sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev layihə çərçivəsində hazırlanan və müəllifi olduğu “Qərbi Azərbaycanda (İndiki Ermənistanda) məhv edilən, erməniləşdirilən və ya başqa xalqlara aid edilən abidələr” adlı elektron kataloqu təqdim edib.

Tədbirdə çıxış edən QHT rəhbərləri Beynəlxalq Avrasiya Mətbuat Fondundan prezidenti Umud Mirzəyev, Çingiz Qənizadə, Əhməd Abbasbəyli, Səidə Qocamanlı, Məleykə Əlizadə, Niyaməddin Orduxanlı, Səadət Bənanyarlı və digərləri layihə və görülən işlər barədə fikirlərini bildiriblər.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı