“Bir neçə gün əvvəl Paşinyan dedi ki, Azərbaycan Prezidenti Ermənistan ərazisinə Qərbi Azərbaycan deməklə bizə qarşı iddia qaldırır”.
Ednews xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Qərbi Azərbaycanlıların deportasiyasının virtual muzeyinin təqdimat mərasimindəki çıxışı zamanı bildirib.
“Ermənistan hesab edirdi ki, Qarabağı və Zəngəzuru işğal etməklə nəyəsə nail olacaq. Amma İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə Paşinyanın planlarını alt-üst etdi”.
Qeyd edək ki, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların deportasiyası və soyqrımı ilə bağlı virtual muzeyin yaradılması” layihəsinin yekun təqdimat tədbiri keçirilir.