"Deportasiya – Şahidlərin gözü ilə” adlı sənədli filmdə Qərbi Azərbaycanın mənzərəsini görmək, deportasiya tarixində başımıza gələn faciəni hiss etmək mümkündür. Filmdə danışan hər kəs öz həyat hekayəsini danışır."
Ednews xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezindeti Umud Mirzəyev "Qərbi Azərbaycanlıların deportasiyasının virtual muzeyi"nin təqdimat mərasimindəki çıxışı zamanı bildirib.
“Gələcəkdə layihəni ingilis, rus və digər dillərdə davam etdirilməsi nəzərdə tutulur. Düşünürük ki, gələcəkdə Qərbi azərbaycanlıların deportasiyasının beynəlxalq aləmə çatdırılmasında əhəmiyyətli rol oynayacaq. Hətta, layihə çərçivəsində erməni dilindən istifadə də nəzərdə tutulub”.
Qeyd edək ki, layihənin əsas məqsədi Qərbi azərbaycanlıların deportasiya siyasəti nəticəsində məruz qaldığı soyqırım və cinayətləri Virtual muzey vasitəsilə beynəlxalq müstəvidə tanıtmaq və onların təsirli həyat hekayələrini yayımlayaraq yaşadıqları acıları göstərməkdir.Həmçinin, beynəlxalq səviyyədə bu cinayətlərin ictimailəşdirilməsi həmin insanların hüquqlarının bərpa edilməsinə dair əsasları gücləndirəcəkdir.Növbəti hədəf isə daha çox iştirakçının müsahibələrə cəlb olunması, toplanan materialların sayının artırılması və digər virtual muzeylərlə qarşılıqlı əlaqələrin qurulmasıdır.