"Mən hesab edirəm ki, bu virtual muzeydəki faktlarla insanlar tanış olduqdan sonra görəcəklər ki, həqiqətdə ermənilərin soyqırımı yox , məhz türklərin Cənubi Qafqazda soyqırımı olub. Biz azərbaycanlıların, türk kökənli insanların soyqırımı olub".
Ednews xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezindeti Umud Mirzəyev "Qərbi Azərbaycanlıların deportasiyasının virtual muzeyi"nin təqdimat mərasimində CBC TV mediasına etdiyi açıqlamasında söyləyib.
“Bizim təqdimatdan göründüyü kimi, danışanlar Qərbi Azərbaycanın müxtəlif bölgələrindən olan insanlar idi. Onların hər biri başqa bir bölgəni təmsil edir. Onların məskunlaşdığı kəndlər, qəsəbələr və şəhərlər demək olar ki, bütünlüklə azərbaycanlılardan ibarət olub. Yəni, bu bir daha bu faktı dəstəkləyir ki, Qərbi Azərbaycanda lap qədim zamanlardan bizim millətimiz yaşayıb. Taleyin işinə baxın ki, bu insanlar üç dəfə deportasiya olunublar. Onlar 1905-1920, 1948-1956 və 1985-1989-cu illər arasında keçən dövr ərzində deportasiyaya məruz qalıblar. Bu tarix haqqında nəinki dünya, həm də bizim qonşularımızın belə xəbəri yoxdur. Ona görə də, biz düşündük ki, Azərbaycanın deportasiya tarixi ilə bağlı bir virtual muzeyin yaradılmasına ehtiyac var. Biz baxırıq ki, çox qısa bir vaxtda bu muzey formalaşacaq. Düşünürük ki, müxtəlif dillərdə bu məlumatların yayımlanmasına və insanlar üçün bunun əlçatan olmasına şərait yaranacaq".
Daha ətraflı video-reportajda: