Bakıda parkda DAVA: Gənc oğlan sevgilisini döydü, köməyə gələn veteranı isə öldürdü

Cəmiyyət 15:11 20.11.2023

Bakının Nəsimi rayonunda 1999-cu il təvəllüdlü Rüstəm əvvəllər tanımadığı, 1998-ci il təvəllüdlü Vüsalı (adlar şərti verilib - red.) qətlə yetirib. 

Ednews  ”teleqraf.com”a istinadən xəbər verir ki, Rüstəm 14 avqust 2022-ci ildə, saat 22 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Aybənizlə aralarında olan mübahisəni həll etmək məqsədilə Bakının 3-cü Alatava yaşayış massivində, “Beton park” adlanan ərazidə görüşüb. 

Rüstəm Aybənizi ona xəyanət etməkdə günahlandırıb. Zor tətbiq edib və Aybənizin dəyəri 250 manat olan telefonunu sındırıb, üzünə şillə vurub. Telefonla baş və çiyin nahiyələrinə zərbələr endirib, müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Həmin vaxt yaxınlıqda olan Vüsal dostları Camal və Xəlil ilə birlikdə onlara yaxınlaşıb. Vüsal Rüstəmə narahatlıq yaratması, səs-küy salması ilə bağlı irad bildirib. 

Aybənizin qaçdığını görən Rüstəm onun arxasınca yolun digər tərəfinə qaçıb. Vüsal və Camal da ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə Rüstəmin arxasınca yüyürüblər. 

Rüstəm Vüsalın onu itələyərək vurmasını bəhanə edib, ov bıçağı ilə Vüsala çoxsaylı zərbələr yetirib. Vüsal aldığı xəsarətlərdən vəfat edib. 

İstintaq orqanı tərəfindən Rüstəmin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adamöldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 221.3 (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək) və 228.4 (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aybənizlə bir yerdə yaşayıb və bir evdə qalıblar: 

“Elə alındı ki, mən Aybənizdən ayrılmalı oldum. Ayrılıq təxminən iki ay davam etdi. Amma arada Aybənizgilə gedib-gəlmişəm”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən gün işdən çıxaraq Aybənizgilə gedib: 

“Həmin vaxt bıçaq da üzərimdə olub. Aybənizin telefonuna mesaj gəldiyini gördüm. Buna görə telefonu alaraq qırdım. Bu vaxt tanımadığım şəxslər mənə yaxınlaşdılar və telefonu əlimdən dartaraq almağa çalışdılar. Telefonu vermək istəmədim. Onlardan uzaqlaşdıqda Vüsal məni vurdu. Yenə onlardan uzaqlaşmaq istədim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin şəxsləri tanımayıb, onlarla düşmənçiliyi olmayıb: 

“Mən qorxdum, yerdən qalxaraq qaçmaq istədim. Lakin alınmadı. Bıçaq daimi üzərimdə olmayıb. İşdə lazım olduğu üçün üzərimdə saxlamışam. Hadisə vaxtı döyülmüşəm. İki nəfərin üzərimə gəldiyini görmüşəm və özümü müdafiə etmək üçün vurmuşam. Bıçaqdan həmin şəxsləri qorxutmaq üçün istifadə etmişəm. Bunlar kameraya da düşüb. Mənim Vüsalı öldürmək niyyətim olmayıb”. 

İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Vüsalın atasının sözlərinə görə, hadisənin şahidi olmayıb: 

“Evdə olduğum vaxt oğlum Vüsal mənə zəng etdi və evə gəlmək istədiyini bildirdi. Mən də gəlməsini istədim. Oğlum subay idi, 44 günlük Vətən müharibəsində iştirak etmişdi. Hadisədən sonra təqsirləndirilən şəxsin valideynlərindən və qohumlarından heç kim bizə gəlməyib”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüstəm 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilib. Hüquqi varis təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılaraq onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. 
Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Şikayətin baxılması mərhələsində zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim olunub. Ərizədə onlar şikayətlərinin geri götürülməsini istəyiblər. Bu səbəbdən hakimlər şikayətə baxılmasına xitam verilməsi barədə qərar qəbul ediblər. 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı