Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Ednews-un məlumatına görə, hadisə rayonun Çaylı kəndində baş verib.
Hərəkətdə olan avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil maneəyə çırpılıb və 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.