Milli Arxiv İdarəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib.
Bu barədə Ednews-a Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edilib.
Dəyişikliyə əsasən, kollegiyanın üzvləri aşağıdakılardır:
Azərbaycan Milli Arxiv İdarəsinin rəisinin müavini;
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi;
Milli Arxiv İdarəsinin Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri;
Azərbaycan Milli Arxiv İdarəsinin Milli Arxiv Fondu sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri;
Azərbaycan Dövlət Arxivinin direktoru;
Azərbaycan Dövlət Tarix Arxivinin direktoru.