İşğaldan azad edilmiş kəndlərdə yaşayan əhaliyə pay torpaqlarının verilməsi gözlənilir.
Ednews xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.
S.Novruzov vurğulayıb ki, kəndlər kompaktlaşdırılacaq, böyük məktəblər, xəstəxanalar tikiləcək.
Qanun layihəsinə görə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.