Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, hadisənin səbəbi və baş vermə şəraiti ətraflı araşdırılmaqla, nəticədən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.