“Növbəti il üçün əsaslı təmir və yenidən tikintisi nəzərdə tutulan 50-ə yaxın məktəb var”.
Ednews xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə yeni məktəblərin tikintisi nəzərdə tutulub.
“2024-cü ildə Ağdam, Cəbrayıl, Füzuli rayonlarında yeni məktəblərin tikintisi aparılacaq”.