"Minatəmizləmədə qadınların iştirakı gender bərabərliyinin göstəricisidir".
Ednews xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev "Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbirdə deyib.
“Bu unikal təşəbbüs minatəmizləmə əməliyyatlarına dəstək verməklə yanaşı gender bərabərliyinin və bu qlobal problemdə qadın-kişi həmrəyliyinin əsas göstəricisidir. Biz də bu tədbirə Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq öz qadın minaaxtaranlar komandası ilə birlikdə qatılmışıq. Bu tədbirin keçirilməsində göstərilən təşəbbüsə görə “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA), BMT-nin İnkişaf Proqramına və digər iştirakçı donor təşkilatlara öz minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, BAMF 2000-ci ildən Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramına qoşulmuş və bu gün də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yeganə QHT partnyorlarından biridir.
Əkbər