Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran-Boradigah-Masallı yolunun, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
"Opel" markalı minik avtomobili hərəkətdə olarkən, həmin kənd sakini 1991-ci il təvəllüdlü Xeyrəddin Sübhan oğlu Rəcəbovu vurub.
X.Rəcəbov aldığı xəsarətlərdən ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.