BAMF-da özbəkistanlı yazıçı Şöhrət Barlasla görüş keçirildi - FOTOLAR

Cəmiyyət 17:30 30.11.2023

Xəbər verdiyimiz kimi, özbəkistanlı yazıçı-publisist, araşıdırmaçı-jurnalist, Ednews.net-in Mərkəzi Asiyadakı müxbiri Şöhrət Barlas Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvü seçilib. 

Ednews xəbər verir ki, bu münasibətlə BAMF-ın baş ofisində Şöhrət Barlasla görüş keçirilib. 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev  Şöhrət Barlası təbrik edib, ona ürək sözlərini çatdırıb:

“Bu gün toplanmağımızın özəl bir səbəbi var. Səbəb Şöhrət Barlasdır. Biz onunla 10 ildir ki, dostuq, qardaşıq. Onun BAMF-la uzun illəridi əməkdaşlığı var. Şöhrətin bu gün tərcümeyi-halında özəl bir hadisə baş verdi. AYB-nin fəxri üzvü seçildi. Şöhrət Eurasia Diary-nin Mərkəzi Asiya jurnalisti, nümayəndəsi, müxbiridir. Böyük bir bölgə demək olar ki, əhatə dairəsindədir. Son illər Azərbaycan əsgərlərinin sırasında imiş kimi, Şöhrət də öz qələmi ilə bir əsgər olaraq mücadilə apardı bizimlə. Şöhrət, Qarabağ savaşında ləyaqətlə, öz dirənişini göstərən,  həbslərə, təhdidlərə boyun əymədən, qorxmadan, çəkinmədən bu yolda bizə böyük dəstək verdi. Bunların hamısı gözümüzün qarşısında olub. O, gecə-gündüz arxivlərdə çaba göstərdi, çalışdı. Onun AYB-yə fəxri üzv seçilməyi hadisədir. AYB sədri, hörmətli yazıçımız Anar da Şöhrəti hörmətlə qarşıladı, ona Azərbaycana tez-tez gəlməsini vurğuladı”.

Görüşdə Türkiyənin Strateji Araşdırmalar Diplomatik Mərkəzinin rəhbəri və Paris Universitetinin mədəni diplomatiya kafedrasının müdiri Naciye Selin Şenocak, qazi, jurnalist Rey Kərimoğlu, jurnalist Fuad Abbasov və BAMF əməkdaşları iştirak ediblər. 

Görüş ərzində iştirakçılar Şöhrət Barlası təbrik ediblər. Sonda xatirə fotoları çəkdirilib. 

Qeyd edək ki, Salamov Şuhrat Nəsir oğlu BARLAS yeganə Özbəkistanlı şəxsdir ki, illərlə “AzTV”, “İctimai TV”, “Lider TV”, “Xəzər TV”, “CBC TV” və digər informasiya-analitik resurslarda Qarabağ haqqında verilişlərin yaradılmasına birbaşa ekspert-məsləhətçi olaraq köməklik göstərmişdir. Eyni zamanda, yeganə Özbək müəllifdir ki, Qarabağ müharibəsinin mənşəyinin tarixi, etnik münaqişə və müharibənin nəticələri ilə bağlı dünyanın müxtəlif media resurslarından özbək, azərbaycan, türk, rus və ingilis dillərində 1000-dən çox məqalə dərc etdirmişdir. İkinci Qarabağ müharibəsi zamanı o, 44 gün ərzində sosial şəbəkələrdən və dünyanın müxtəlif media resurslarından çox sayda video kontentlər yaradaraq nümayiş etdirib.

Azərbaycanla bağlı jurnalist araşdırmaları üçün materiallar hazırlamaq məqsədilə Qarabağın bütün cəbhə bölgələrinə gedən Salamov Şuhrat Nəsir oğlu BARLAS hərbi jurnalistika bacarığını dünya ictimaiyyətinə təqdim etdiyi kitabları, məqalələri, sənədli filmləri və televiziya verilişləri ilə göstərmişdir. Qarabağ həqiqətlərini dünya mediasında işıqlandırdığı üçün, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası, A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə "Fəxri doktor" ünvanına layiq görülmüşdür.

O, həmçinin 2015-ci ildən beynəlxalq informasiya agentliyi «EURASIA DIARY»-nin Mərkəzi Asiya üzrə xüsusi müxbiri kimi Özbəkistan və Azərbaycan arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi missiyasını yerinə yetirir. 

Oğuz 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı