“Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi başa çatıb

Cəmiyyət 16:43 02.12.2023

“Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi başa çatıb.

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi (“Ümid” SİD İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsini müvəffəqiyyətlə tamamlamışdır.

Layihə çərçivəsində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı tam orta məktəbdə “Musiqi və dram” və “İncəsənət və mədəniyyət” adlı iki qrup/klub (hər birində 15 nəfər üzv olmaqla), Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdə isə “Məntiq” və “Xarici dil” adlı iki qrup/klub (hər birində 15 nəfər üzv olmaqla) formalaşdırılmışdır. Bu qrup/klub və ya dərsdənkənar dərnəklərin rəhbərlərinin bacarıqlarının artırılması məqsədilə “Qrupun formalaşması və inkişafı”, “Tədbirlərin təşkili” və “Ünsiyyət və onun insan həyatındakı əhəmiyyəti” mövzusunda təlimlər (iştirakçı sayı 85 nəfər - 29 kişi, 56 qadın) keçirilmişdir. Təlim iştirakçıları keçirilən interaktiv təlim sessiyaları nəticəsində “qrup” anlayışı, onların növləri və inkişaf mərhələləri, tədbirlərin uğurlu təşkil edilməsi üsulları, tədbirlərin təşkilində risk və vaxtın düzgün idarəedilməsi, ünsiyyətin formaları, ünsiyyət mədəniyyəti, konstruktiv ünsiyyət mövzularında yeni bilik və bacarıqlara yiyələnmişlər. Əlavə olaraq, 3 dəyirmi masa keçirilmiş (iştirakçı sayı: 111 nəfər - 21 kişi, 90 qadın), formalaşdırılan qrup/klubların şagirdlər arasında yaradıcılıq, tənqidi düşüncə və dil bacarıqlarının inkişafına necə töhfə verəcəyi, eləcə də lazım olan əlavə resurslar müəyyən edilmişdir. 

Bundan əlavə, 280 saylı tam orta məktəbdə yaradılan iki dərnək molbert (6 ədəd), mikrofon üçün ştativ (2 ədəd), proyektor üçün ağ ekran (1 ədəd) və oğlanlar üçün milli rəqs geyimləri (5 ədəd) ilə təchiz edilmişdir. 262 saylı tam orta məktəbdə yaradılan dərnəklər üçün isə səs gücləndiricilər (10 ədəd), şahmat (12 ədəd) və məntiq test kitabları (9 ədəd) alınmışdır. Həyata keçirilmiş layihədən ümumilikdə 150 nəfər faydalanmışdır.

Təhsildə müvəffəqiyyət göstəricilərinin artmasında təhsilalanların və təhsil müəssisələrinin əməkdaşlarına verilən təlimlər, onların bacarıqlarının inkişafı, təhsilverənlərin motivasiyasının artırılması kimi fəaliyyətlərin rolu və payının artması, təhsil müəssisələrinin bu modeli tətbiq etməyə davam etdirməsi bu layihənin davamlılığına təsir göstərəcək şərtlərdəndir. Qeyd olunanlar nəzərə alınaraq layihənin sonunda qrup rəhbərlərinin gələcəkdə bu fəaliyyətin qismən ödənişli (50%), qismən məktəb büdcəsi (50%) hesabına davam etdirilməsi üzrə təlim və məsləhətlərə cəlb olunacağı nəzərdə tutulub. Bundan əlavə, bu modelin sınaqdan müvəffəqiyyətlə çıxması gələcəkdə onun Elm və Təhsil Nazirliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və xarici donor resurslarının dəstəyi ilə çoxşaxəli təsir göstərəcəyinə (multiplicative impact) və digər təhsil müəssisələrində də həyata keçirilməsinə əminlik yaradır.  

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı