“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi başa çatıb

Cəmiyyət 16:46 02.12.2023

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi ilə “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin T-NETWORK - təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi uğurla tamamlanmışdır. 

Layihə çərçivəsində ilkin fəaliyyətlərin nəticəsi olaraq Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdə müəllim, valideyn, şagird və icma nümayəndələrinin iştirakı ilə hər birində 11 nəfər (280 №-li məktəb: 9 qadın, 2 kişi; 262 №-li məktəb: 5 qadın, 6 kişi) üzv olmaqla 2 Məktəb İnkişaf Şurası (MİŞ) formalaşdırılmışdır. MİŞ üzvlərinin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədi ilə hədəf məktəblərdə 8 mövzuda (“İcmanın səfərbər olunması”, “Ehtiyacların qiymətləndirilməsi”, “Layihə təklifinin yazılışı”, “Liderlik və komanda işi”, “İcma fondu və icma töhfəsi”, “Effektiv təqdimat”, “Danışıqların aparılması”, “Dayanıqlıq və İstismar Planı”) 16 təlim (iştirakçı sayı: 35 nəfər – 24 qadın, 11 kişi) və 33 dəyirmi masa (iştirakçı sayı: 327 nəfər – 213 qadın, 114 kişi) keçirilmişdir. Dəyirmi masalarda MİŞ üzvlərinin icma səfərbərliyi, liderlik və komanda işi, ehtiyacların müəyyənləşdirilməsi, layihə təklifinin hazırlanması, konfliktlərin həlli, effektiv təqdimat və s. mövzularda biliklərinin müəyyənləşdirilməsi üçün yazılı sorğular keçirilmişdir. Keçirilmiş qiymətləndirmə sorğularının nəticələri təhlil edilmiş və qeyd edilən mövzular üzrə MİŞ üzvlərinin biliklərinin 87% olduğu müəyyən edilmişdir.   

MİŞ üzvlərinin təklifi ilə şagird, valideyn və icma üzvləri ilə birgə layihə çərçivəsində Türkan qəsəbəsi 262 saylı tam orta məktəbdə 4 layihə (“Bir millət, iki dövlət – Azərbaycan-Türkiyə” xeyriyyə auksionu, Məktəbyanı sahənin su qovşağının təmiri, “Türkan qəsəbəsinin tarixi abidələri” adlı kitabın hazırlanması, “Sən elə bir zirvəsən” adlı tədbirin keçirilməsi) və Hövsan qəsəbəsi 280 saylı tam orta məktəbdə isə 2 layihə (Məktəb üçün milli rəqs geyimlərinin alınması, Məktəbdə radio qovşağının qurulması) həyata keçirilmişdir. “Bir millət, iki dövlət – Azərbaycan-Türkiyə” xeyriyyə auksionu layihəsi çərçivəsində rəsm dərnəyinin şagirdləri tərəfindən rəsm-satış sərgisi təşkil edilmişdir. “Məktəbyanı sahənin su qovşağının təmiri” layihəsinin həyata keçirilməsi nəticəsində su qovşağının təmirinin icrası ilə yanaşı, Türkan qəsəbəsində yerləşən Türkan Aqro MMC tərəfindən 50 ədəd zeytun ağacı məktəbə hədiyyə edilmişdir. “Türkan qəsəbəsinin tarixi abidələri” adlı kitabın hazırlanması layihəsi nəticəsində sözügedən kitab hazırlanaraq 40 nüsxədə çap edilmişdir. “Sən elə bir zirvəsən” layihəsi çərçivəsində gələcək tədbirlərdə də istifadə edilməsi məqsədilə 8 milli rəqs geyimi və proyektor əldə edilmişdir. “Məktəb üçün milli rəqs geyimlərin hazırlanması” layihəsi çərçivəsində məktəb tədbirlərində istifadə edilməsi məqsədilə 12 milli rəqs geyimi tikdirilmişdir. “Məktəbdə radio qovşağının qurulması” layihəsi nəticəsində quraşdırılan radio qovşağı vasitəsilə şagirdlərə gündəlik məktəb yenilikləri, tarixi hadisələr, xəbərlər, elanlar çatdırılır. Radio qovşağından ilk dəfə 2022-2023-cü il məzunlarının son zəngində istifadə edilmişdir.

Layihədən 2 hədəf məktəbin 3500 nəfər şagirdi, 2500 nəfər icma üzvü (valideynlər, sahibkarlar və s.) faydalanmışdır. Bununla da, icma-məktəb əməkdaşlığı gücləndirilmiş və məktəb icmanın nüfuz mərkəzinə çevrilmişdi

r. 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı