Ednews-un Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, həmin yolda hərəkətdə olan evakuator qarşısında hərəkət edən KamAZ markalı yük maşınına çırpılıb.
Nəticədə evakuatorun sürücüsü 30 yaşlı Rəcəbli Cavid Bayram oğlu ağır bədən xəsarəti alıb. Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır.