Bakıda və Abşeronda bu gün bəzi yerlərdə duman, az çiskin olacaq. Temperatur gecə 6-9° isti, gündüz 17-22° isti təşkil edəcək.
Ednews Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, respublikanın bölgələrində mülayim qərb küləyi əsəcək, gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti proqnozlaşdırılır.
Səhər bəzi rayonlarda duman müşahidə ediləcək.