Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və nazirliyin digər nümayəndələrinin Ermənistanla həmsərhəd olan hərbi hissələrdə olması Ermənistanda isterika yaradıb.
Ednews xəbər verir ki, ermənilər bu səfəri Azərbaycanın bəlli planının olması kimi qələmə veriblər.
Azərbaycanşünas Tatevik Ayrapetyan öz Teleqram kanalında generalın səfəri haqda yazaraq iddia edib ki, Azərbaycanın planı var və bunun qarşısını ancaq dövlətyönlü hökumət formalaşdırmaqla, peşəkar diplomatiya aparmaqla almaq olar.