Bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Ednews-a AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Belə ki, zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub.
Zəlzələ ocağının dərinliyi 70-km-dir.
***09:50
Hazırda zəif afterşoklar gedir.
Ednews xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsi məlumat yayıb.
***8:20
Bakı şəhərində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Ednews-a bildirib ki, ilkin məlumata əsasən saat 08.15-də Bakı şəhərində zəlzələ qeydə alınıb.
Maqnitudası 5.6 olan zəlzələnin ocağı Bakıdan 67 kilometr aralıda, Xəzər dənizində yerləşib.