Xəbər verdiyimiz kimi, "Əl-Cəzirə" telekanalının müxbiri Moamen Əl-Şərəfinin ailəsindən 22 nəfər İsrail-Fələstin müharibəsində həlak olublar.
Ednews xəbər verir ki, bununla bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev jurnalist Moamen Əl-Şərəfə başsağlığı verib.
Onun sözlərinə görə, təəssüf ki, müharibə canlar almaqda davam edir:
"Dəhşətli xəbərdir. Müharibənin ağrı dolu üzü sadə insanları hədəf seçir. "Əl-Cəzirə" jurnalistinin yaşadığı acını duyuram. Allah ailəsinə, doğmalarına rəhmət etsin".
U.Mirzəyev qeyd etdi ki, "Əl-Cəzirə" Media Şəbəkəsi ilə BAMF arasındakı əlaqələr dünyanı yaxşılığa doğru dəyişmək istəyinə və etimada əsaslanır.
Xatırladaq ki, münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin müdafiəsinə töhvə verməklə, söz və ifadə azadlığı, obyektiv informasiyanın yayılması istiqamətində BAMF, Əl-Cəzirə Media Şəbəkəsinin fəaliyyətini və onun missiyasını, eləcə də Beynəlxalq Mətbuat İnstitutunda təmsilçilik fəaliyyətini dəstəkləyir və bugün müsəlman dünyasında bu media şəbəkəsinin peşəkar fəaliyyətinə, azad sözün qorunmasında doğru güclü təsirə malik olmasına inanır.
Oğuz