"Bugünkü zəlzələ iyul ayında baş verən ocaqda baş verib".
Ednews xəbər verir ki, bunu AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələylə bağlı keçirilən mətbuat konfransında deyib.
Direktor həmin ocaqda enerjinin tam boşalmadığını bildirib:
"Həmin zəlzələdən sonra enerji boşalması getdi, amma tam olmadı. Ondan sonra orada gərginlik davam edir. Aktivlik qalıb".