Xəzər dənizi, Şamaxı-İsmayıllı, Quba-Xaçmaz, Naxçıvan,Talış dağları, Gəncə,Gəncəbasar 8-9 ballıq zonalardır.
Ednews xəbər verir ki, bunu AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələylə bağlı keçirilən mətbuat konfransında deyib.
O, ölkədə yeraltı təkanların gözlənilən olduğunu qeyd edib:
"Azərbaycan seysmaktiv bölgədə yerləşir. Elə gün olmur ki, respublika ərazisində müxtəlif təkanlar olmasın. Seys xəritəsində hamısı məlumdur".