Bakıda kafedə kişini şüşə parçası ilə yaralayıblar.
Ednews apa.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Cavanşir küçəsində yerləşən "Nar çiçəyim" kafesində qeydə alınıb.
Tahir Qarayev münaqişə zəminində şüşə parçası ilə Elşad Rəfiyevi daxilinə nüfuz edən xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, Tahir Qarayev tutulub.