"Agentliyin məqsədi sığorta çərçivəsində qarşılanan tibbi xidmətləri əhali üçün əlçatan etməkdir.
Agentlik tərəfindən görülən bütün tədbirlər vətəndaşlara vaxtında, keyfiyyətli xidmətlərin göstərilməsinə yönəlib. Bu səbəbdən də Agentlik xəstəxanaların maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək göstərir".
Ednews xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, 100 ədəd yeni təcili tibbi yardım avtomobili alınıb sığortanın tətbiqindən sonra isə 349 ambulans alınıb:
"İcbari tibbi sığortanın tətbiqindən əvvəl ambulanslara olan ehtiyacın ödənilən hissəsi 40% idisə, hazırda 64% təşkil edir".