Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibət vəhşilikdir.
Ednews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq yazıçısı Çingiz Abdullayev deyib.
O bildirib ki, bu, bizim əlaqələrimizə böyük zərbə vurur.
“Biz Fransanın mədəniyyətini yüksək qiymətləndiririk, ancaq onların münasibəti göz qabağındadır. Mən inanmıram ki, Azərbaycanda Fransaya qarşı belə şeylər edilsin. Amma təəssüflər olsun ki, Fransanin siyasəti belədir", - deyə o qeyd edib.