Beynəlxalq Avrasiya Mətbuat Fondunun Mədəniyyət Elçisi Cefri Verbok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi yüksək qələbə nəticəsi ilə bağlı ürəkdən təbrik edib.
Ednews xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Azərbaycanın yaxın tarixində ilk dəfə olaraq prezident seçkiləri bütün ölkəni əhatə etdi. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində seçkilər Azərbaycan Respublikasının bütün ərazisində keçirilə bildi. Bu, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləyən tarixi məqamdır.
Cənab Prezident, Azərbaycana firavan gələcək arzu edirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə ölkəniz bu çətin zamanda doğru istiqamətdə irəliləmək üçün etibarlı əllərdədir.
Mən Azərbaycan adını öz ölkəmdə və dünyada incəsənət, mədəniyyət və musiqi sahələrində daha yaxşı tanıdılması üçün həyati missiyamı davam etdirəcəyəm.
Hörmətlə,
Cefri Verbok, Amerika Muğam Cəmiyyətinin sədri, BAMF-ın Mədəniyyət Elçisi
Amerika Birləşmiş Ştatları.