"Ramazan ayında bu əməlləri etmək böyük savabdır" - AÇIQLAMA

Cəmiyyət 15:20 15.03.2024

"Ramazanda məlumdur ki, insan bir ay gündüzlər yemək, içməkdən qorunur. Oruc tutan şəxsə orucu pozulmamaq üçün imsakdan iftara qədər yemək, içmək, qəsdən qusmaq, qlükozanı sistem şəklində bədənə yeritmək, cinsi əlaqədə olmaq, istimna etmək, dindən çıxmaq olmaz, çünki bunlardan birini etsə orucu batil olacaq".

Bu sözləri Ednews-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. Onun sözlərinə görə bir neçə əməllər də var ki, alimlər ehtiyat vacibə görə bu şeylərin də orucu poza biləcəyi qənaətə gəliblər:

"Başı tam suya salmaq, qatı tüstünü udmaq, siqaret çəkmək, Allah, Peyğəmbər, İmamlar adına yalan danışmaq, sübh azanına qədər cənabətli qalmaq. İmalə etmək də ehtiyata görə orucu pozar. Ancaq qusmaq qəsdən olmasa pozmaz. Ağıza səhvən su qaçarsa bu dəstəmaz zamanı olsa eybi yoxdur. Ağıza üç dəfə su alarkən olsa pozmaz, üçüncüdən sonra ağıza su alsa o sudan boğaza, mədəyə getsə bu zaman pozular. Saqqız əgər dadsızdırsa, tərkibində şirə, dadverici yoxdursa pozmaz, ancaq məkruhdur.

Misvak ilə dişləri təmizləmək, dişlərin arasındakı qida qalıqlarını udmaq orucu pozmaz. Siqaret çəkmək alimlərin çoxluğuna görə orucu pozar. Ancaq Cəfəri məzhəbində bir neçə müctəhid var ki, onlar siqaret çəkməyin orucu pozmayacağına fətva veriblər. İraqlı müctəhidlər Ayətullah əl üzma Seyid Sadiq Sədr və Məhəmməd Hüseyn Fəzlullaha görə siqaret orucu pozmaz. Birinciyə görə ümumiyyətlə siqaret çəkmək məkruh, ikinciyə görə isə haramdır.
Hər bir halda oruc tutan şəxs siqaret çəkməkdən və çəkən adamlardan uzaq durmalıdır ki, boğazına tüstü daxil olmasın. Ətir vurmaq, dişləri fırçalamaq, öpüşmək orucu pozmasa da məkruhdur. Misvakı suya salıb dişə vurmaq məkruh, suya salmadan istifadə etmək, özü də günorta zamanı müstəhəbdir".

T.İrfan qeyd etdi ki, səfərdə olanlar, hamilə qadınlar, uşaqlara süd verən analar, 70 yaşı keçmiş qocalar, həddi buluğa çatmayan uşaqlar, xəstələr, psixoloji problemi olanlar, dözülməz və ağır işlərdə çalışanlar oruc tutmaqdan həmin vaxtda azaddırlar:

"Hamilə doğduqdan sonra, müsafir qayıtdıqdan sonra, xəstə sağaldıqdan sonra, uşaq əmizdirənin uşağı böyüdükdən sonra, ağır işdə çalışılanın işi yüngülləşdikdə tutmadığı günlərin qəzasını tutmalı, əgər tuta bilməsə hər gün üçün bir nəfəri doyurmalı, yaxud da hər gün üçün bir günlük qida dəyərində məbləği kasıblara fidyə olaraq verməlidir.
Müsafir əgər səfərdə 3 gündən az qalacaqsa oruc tuta bilər o 3 günü. Yox əgər çox qalacaqsa tutmaya da bilər. İxtiyar sahibidir. Lakin Cəfəri məzhəbinə görə müsafirin oruc tutması haramdır, tutsa batildir, gərək qayıdandan sonra tuta. Ancaq Maliki, Hənəfi, Hənbəli, Şafii və Zeydi məzhəblərinə görə səfər zamanı müsəlman ixtiyar sahibidir. Əgər əziyyətə düşməyəcəksə tuta bilər. İstəsə tutmayıb qayıdandan sonra da tuta bilər.

Ramazanda çoxlu dua etmək, ölüləri ziyarət etmək, Quran oxumaq, ehsan vermək, iftar süfrələri açmaq savab işlərdir. Xeyirxahlıq, kasıblara əl tutmaq, imkansıza yardım etmək böyük savabdır. Bu ayda edilən xeyir iş də, şər iş də başqa aylardan daha çox əvəz gətirir. Çalışmaq lazımdır bu ayda savab etməyənlər heç olmasa günah etməsinlər. Çünki birə beş yazılır cəzası. Sosial əlaqələrin artırılması, qohumlara baş çəkmək, valideynə yaxşılıq etmək kimi işlər Ramzanın xüsusi məziyyətlərindən hesab olunur".

Oğuz 

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

ABŞ-Meksika sərhədi boyunca yeni hərbi bufer zonaları yaradılacaq
22:12 26.06.2025
Mərkəzi Afrikada transformator partlayışı faciəyə səbəb olub
21:57 26.06.2025
Avropaya milyonlarla PUA lazımdır
21:41 26.06.2025
İsrail komandoları Fordo nüvə obyektinə girdilər
21:26 26.06.2025
Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı
20:04 26.06.2025
"Avropa Parlamentinin nüfuzunu müdafiə edəcəyik"
19:49 26.06.2025
Günün ən şanslı BÜRCLƏRİ: əsl möcüzə olacaq
19:31 26.06.2025
İran AEBA ilə əməkdaşlığı dayandırır
19:16 26.06.2025
Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hamısı