90 yaşlı Qərbi azərbaycanlı Kərimova Səhran nənə ermənilərin onun və ailəsinin başına gətirdikləri hadisələrdən danışıb.
Sakin, Ednews TV-yə müsahibəsində Qərbi azərbaycanlıların deportasiyası və Azərbaycan ərazisində məskunlaşdıqları zamanı yaşadığı ədalətsizliklərdən danışıb:
“Bizi hərbi komissarlıq gətirdi Sumqayıta. Səhər yeddi nəfərlə birgə bizi Əbdürrəhman Vəzirov yanına aparıdılar. Vəzirov müavini Azayla uzun-zunadı danışandan sonra dedi ki: “Azay, ermənilərin onları döyüdükləri videonu vermə. Apar Bakıda bir baş həkim var onun yanına. O, özü baxacaq. Azay dedi bizim Sumqayıtda baş həkimlər var ora aparaq. Vəzirov bir də Azaya dedi ki, ermənilər Qarboçovun qabağında yatır amma, biz azərbaycanlılar bir ərizə belə yazmırıq. Ondan sonra gətirdilər məni Sumqayıt xəstəxanasına. Mənə bir palata ayırdılar, həkimlər mənə yaxşı qulluq etdilər”.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyi ilə birlikdə həyata keçirtdiyi Qərbi Azərbaycanlıların Deportasiyasının virtual muzeyinin yaradılması ilə əlaqədar layihəsi davam etməkdədir.
Daha ətraflı video süjetdə: