“Çoxlu müharibələr görmüşəm. Kəndimiz Qarakilsə rayonu olub, sonra onu ermənilər dəyişib Sisian edib. Oxuyanlar, savadlılar kənddə qalmamışdı, hamısını çıxartdılar kənddən. Adicə avtobus sürcüləri də erməni olub. Həkimlər də erməni idi, xəstəxənaya gedəndə bizə normal baxılmırdı".
Bu sözləri 90 yaşlı Qərbi azərbaycanlı Kərimova Səhran Ednews TV-yə müsahibəsi zamanı deyib.
"Bir gün oğlum mənə dedi ki, ayran düzəldim ermənilər istəyir. Oğlumun axrasında şüşəbənddən baxdım gördüm ki, erməni əvvəlcə ayranı oğluma içizdirdi, sonra özü içdi. Ermənilər çox qəliz adam idilər. Oğluma dedim ki, ayranı əvvəlcə sənə içizdirdi elə? Oğlum dedi hə. Dedim məndə zəhər hardandır ki, onu zəhərliyim”.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyi ilə birlikdə həyata keçirtdiyi Qərbi Azərbaycanlıların Deportasiyasının virtual muzeyinin yaradılması ilə əlaqədar layihəsi davam etməkdədir.
Daha ətraflı video süjetdə: