Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri, eləcə də Beverli və Holdernes bölgəsinin deputatı Qrem Stüart istefa verib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb yerli məsələlərə diqqət yetirilməsi olub.
Onu Mühafizəkarlar partiyasının sədr müavini Castin Tomlinson əvəzləyəcək.