BAMF prezidenti Umud Mirzəyev Məhəmməd Yunusu ad günü münasibəti ilə təbrik edib

Cəmiyyət 16:09 28.06.2024

Bu gün banqladeşli sosial sahibkar, iqtisadçı, Nobel mükafatı laureatı Məhəmməd Yunusun anadan olduğu gündür.

Ednews xəbər verir ki, bu münasibətlə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev və Fondun əməkdaşları 84 yaşı tamam olan Məhəmməd Yunusu ad günü münasibətilə təbrik edir, ona ilhamının tükənməməsini, ruh yüksəkliyi və möhkəm can sağlığı arzulayır, bir daha iqtisadi və sosial sektorun inkişafına verdiyi dəyərli töhfələrə görə təşəkkür edir. 

Məhəmməd Yunis dünyada bank krediti barədə təsəvvürləri dəyişməklə sosial biznesin inkişafına böyük töhfələr verib. 1974-cü ildə  Banqladeşin bir kəndində aclığa şahid oluqdan sonra Yunis yoxsulluqla mübarizə sahəsində fəaliyyətə başlayıb və kənd təsərrüfatı iqtisadiyyatı üçün proqram hazırlayıb. O, kiçik sahibkarlığın, ailə biznesinin inkişafı üçün sahibkarlara aşağı faizlə və girov qoymadan kredit verilməsini nəzərdə tutan mikrokredit anlayışını işləyib hazırlayıb.
1983-cü ildə o Grameen (“Kənd bankı”) adlı özünün bankını açıb. Bank Banqladeşin az gəlirli sakinlərinə kredit verirdi. Bu şəkildə o yalnız inkişaf etməkdə olan ölkələrdə deyil həm də ABŞ da daxil olmaqla sənaye dövlətlərində insanlara yardıma əsaslanan sosial biznesin yaradılmasının mümkün olduğunu sübut etmiş oldu.

2006-cı ildə Banqladeşli Məhəmməd Yunis iqtisadi və sosial sektorun inkişafı sahəsindəki səylərinə görə Nobel Sülh mükafatına layiq görülüb.

Professor Məhəmməd Yunis dünyanın 20 dövlətinin 55 nüfuzlu universitetinin fəxri doktorudur. O, 26 ölkədən 112 mükafat, o cümlədən 10 ölkənin dövlət mükafatını alıb.

Məhəmməd Yunis eyni zamanda həm Nobel mükafatını, həm ABŞ- Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış az sayda adamlardan biridir.

İlk dəfə 2016-cı ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə Məhəmməd Yunus Azərbaycana səfər gəlib. O, Azərbaycan Prezidenti İlham Əliyev və digər yüksək səviyyəli dövlət və hökumət rəsmiləri tərəfindən qəbul edilib. Məhəmməd Yunis Azərbaycandakı xarici səfirliklərin və diplomatik nümayəndəliklərin, eləcə də bir çox nazirliklərin, komitələrin və rəsmi şəxslərin təmsilçilərinin iştirak etdiyi “Sosial biznes” mövzusunda keçirilən tədbirdə mühazirə ilə çıxış edib. İyunun 20-də tanınmış iqtisadçı, “Qremin” bankının və 41 ölkədə fəaliyyət göstərən  və dünyanın bir çox yerlərində 5000-dən çox filialı olan iqtisadi təşkilatların qurucusu Məhəmməd Yunis “Kasıbların bankiri” kitabının azərbaycan dili versiyasının təqdimat mərasimində çıxış edib. Kitabın tərcüməsi Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilib. Kitabın öz sözü Umud Mirzəyevə məxsusdur. Mərasimdə professor Məhəmməd Yunis vətəndaş cəmiyyətinin inkişafına, sosial və iqtisadi inkişafına verdiyi töhvələrə, həmçinin dünya elminin inkişafındakı əvəzsiz roluna görə BAMF-ın ən yüksək mükafatına layiq görülüb.

Xatırladaq ki, M.Yunus sonuncu dəfə Bakıda bu ilin mart ayında səfərdə olub. O, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində Himayəçilik şurasının üzvlərinin iştirakı ilə görüş keçirib. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
BMT Ermənistandakı kilsə-hakimiyyət mübarizəsinə dair açıqlama verdi
19:07 08.07.2025
Ohanyan İstintaq Komitəsində dindirilir
18:36 08.07.2025
Quantanamodakı ABŞ bazasında 26 ölkənin vətəndaşı saxlanılır
18:27 08.07.2025
"vroya keçid zamanı sosial tədbirlər Bolqarıstan hökumətinin məsuliyyətidir"
17:54 08.07.2025
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
17:25 08.07.2025
BAMF-ın baş ofisində növbəti təlim keçirilib – BMT-də təmsilçilik
17:15 08.07.2025
İlham Əliyev Donald Trampa başsağlığı verib
17:00 08.07.2025
Həyat yoldaşı Makronun əlini tutmaq istəmədi
16:41 08.07.2025
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb
16:26 08.07.2025
Hamısı