Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews eport.az-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2018-ci il təvəllüdlü H.Y-ni vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.