"Bu gün bir millət vəkili artıq bir rayonun, bir dairənin, bir rayonun millət vəkili deyil. Əslində özünü elə də görməməlidir. Çünki Azərbaycanın problemi bir rayonla həll olunan məsələ deyil".
Ednews xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. O, çıxışında bildirib:
"Ölkədə tıxac, pensiya, fiziki məhdudiyyətlərin problemləri və yüzlərlə problemlər var. Bu məsələlər ümumi problemlərdir və həllini tapmalıdır. Ümumi həll olunanda artıq insanların da inamı artmağa başlayacaq ki, dövlətində yaşamaqdan xoşbəxtlik hiss edir. Başa düşürəm ki, insanların ən böyük problemi işsizlikdir. İşsizliyin yolu da sahibkarlığın inkişafındadır".
Daha ətraflı video-süjetdən izləyə bilərsiniz: