Bakı Metropoliteni QSC-nin sədr müavini Şahin Mirzəyev bildirib ki, Bakı metrosu bu gün 630 min sərnişin daşıyır. EDnews xəbər verir ki, yeni 9 stansiyanın inşa olunması nəzərdə tutulub və bu, yerüstü nəqliyyatda sıxlığın azalmasına kömək edəcək. Bakıya növbəti ildə 4 qatar və 20 vaqon gətirilməsi nəzərdə tutulub.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, günü-gündən şəhərimiz müasirləşsə də, metro haqqında bunu demək olmur. Əgər metroda müəyyən xətlərin tikintisi ciddi dəyişikliklərə səbəb olacaqsa, bu, sərnişin axınına təsir edəcək. Nəzərdə tutulan bütün bu dəyişikliklər sərnişin sıxlığını aradan qaldırmaq məqsədi daşıyır.
Qeyd edək ki, bu layihə şəhər sakinlərinə daha rahat və sürətli mənzil başına çatmaq məqsədi daşıyır.