"Hazırda 75 min ailə ünvanlı sosial yardımla təmin olunur"

Son illər ünvanlı yardım proqramına əlçatanlığın artırılması üçün mühüm addımlar atılıb.

Cəmiyyət 12:40 05.03.2025

"Aztəminatlı ailələrin rifahına mühüm dəstək olan ünvanlı dövlət sosial yardımı proqramı hazırda 331 min ailə üzvü olan 75 min ailəni əhatə edir. Həmin ailələrə hər ay orta hesabla 470 manat ödənilir".

“EDnews” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Məlumatda qeyd olunur ki son illər ünvanlı yardım proqramına əlçatanlığın artırılması, yardımın təyinat şərtlərinin yumşaldılması üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilib, ötən il isə “Ünvanlı yardım” e-sistemi yenidən qurulmaqla, yardım üçün müraciət proseduru xeyli sadələşdirilib. 

Yardım üçün müraciət edən şəxslərdən artıq ailə üzvlərinin sosial ödəniş almaları, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, kommunal xərcləri, əlilliyinin olması və s. məlumatları qeyd etmələri tələb olunmur. 

Eləcə də ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent, sayğac nömrələri, həyətyanı sahə  və digər məlumatların “Ərizə-bəyannamə”də düzgün göstərilmədiyi aşkarlandıqda, bu məlumatlara yerindəcə düzəliş edilməklə, müraciətə yenidən baxılır. Ünvanlı yardım almış ailə yardım üçün təkrar müraciət etdikdə isə, əgər:

 Ailənin tərkibi və yaşayış ünvanı dəyişməyibsə, 

Ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan varsa,

Ailədə I dərəcə əlilliyi olan ailə üzvü varsa,

II dərəcə əlilliyi olan iki və daha çox ailə üzvü varsa,

 Üç və daha çox uşaq varsa, 

ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmır.

Son illər  qeyd edilən dəyişikliklər proqramın əhatə dairəsinin genişlənməsi ilə nəticələnir. Məsələn, ünvanlı yardım alan ailələrin sayı 2018-ci ilə nisbətən ötən dövrdə 1,8 dəfə artaraq 42,7 mindən 2024-cü ildə 76 minə, ailə üzvlərinin sayı isə 173,1 mindən 334 minə çatıb.  

Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği 2018-ci ildəki 175 manatdan 2,7 dəfə artaraq 2024-cü ildə 473 manata çatıb. 

Ünvanlı yardımlar üzrə əhaliyə ödənilən vəsaitlərin illik həcmi həmin dövrdə 4 dəfəyə yaxın artıb və bu istiqamətdə hazırda illik 400 milyon manat ətrafında vəsait yönəldilir. Ümumilikdə 2018-2024-cü illərdə ünvanlı sosial yardım proqramı üzrə əhaliyə 1,7 milyard manat vəsait ödənilib. 

Ünvanlı sosial yardım təyin edilmiş ailələrdəki 1 yaşadək uşaqlara görə həmin ailələrə aylıq müavinət də ödənilir və bu müavinətin məbləği 2018-2024-cü illərdə 2 dəfəyə yaxın artırılaraq 100 manata çatdırılıb.

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı