İkinci Avropa Oyunlarının sambo yarışlarında qələbə qazanan samboçumuzun videosu sosial şəbəkələrdə maraq yaradıb.
Eurasia Diary BAKU.WS-ə istinadən xəbər verir ki, Mehman Xəlilov (57 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəldi və erməni idmançı ilə qarşılaşdı.
Finalda Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradan Mehmanın qələbə sevinci görənləri mat-mətəl qoyub.
Gözləri dolan həmyerlimiz qələbəsini məşqçiləri ilə bayram edib.
Bu görüntüləri sosial şəbəkələrdə minlərlə baxış toplayıb.